https://news.day.az/azerinews/1876560.html Yaponiyada baş nazir qalmaqalın mərkəzinə düşüb Yaponiyanın Baş naziri Sanae Takaiçi "Böyük yeddilik" (G7) liderlərinin videokonfransında iştirak etmədiyinə görə qalmaqalın mərkəzinə düşüb. Bu barədə "Shukan Gendai" nəşrində dərc olunan məqalədə məlumat verilib. Onun həmin vaxt sərxoş olduğu ilə bağlı iddialar yayılıb.  

Yaponiyada baş nazir qalmaqalın mərkəzinə düşüb

Azərbaycanca, 23 ноября 2026 19:52 (UTC +04:00) 254
Yaponiyada baş nazir qalmaqalın mərkəzinə düşüb

Yaponiyanın Baş naziri Sanae Takaiçi "Böyük yeddilik" (G7) liderlərinin videokonfransında iştirak etmədiyinə görə qalmaqalın mərkəzinə düşüb.

Bu barədə "Shukan Gendai" nəşrində dərc olunan məqalədə məlumat verilib.

Onun həmin vaxt sərxoş olduğu ilə bağlı iddialar yayılıb.

 

"Əvvəlcə o, onlayn görüş üçün zəruri avadanlıqların vaxtında hazır olmadığını bildirərək açıq şəkildə yalan danışıb. Əslində isə bundan əvvəl Yaponiya Liberal Demokrat Partiyasının rəhbər şəxsləri ilə birlikdə spirtli içki qəbul edib. Bu qədər asanlıqla yalan danışan bir şəxsin baş nazir vəzifəsində olması hətta diplomatik münasibətlərdə də problemlər yaradır", - nəşrin adının açıqlanmasını istəməyən mənbəsi bildirib.

Jurnalın məlumatına görə, Takaiçinin görüşü son anda ləğv etməsi onun sərxoş olması ilə bağlı şübhələrə səbəb olub. Qeyd olunur ki, videokonfrans oktyabrın 2-də keçirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости