https://news.day.az/azerinews/1876576.html Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama Bu gün mediada Qarabağ Universitetinin tələbələrinin qız üstündə dalaşdıqları və onlardan birinin ali təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı məlumatlar yayılıb. Day.Az xəbər verir ki, universitet insidentlə bağlı açıqlama yayıb.

Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama

Azərbaycanca, 23 ноября 2026 21:23 (UTC +04:00) 271
Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama

Bu gün mediada Qarabağ Universitetinin tələbələrinin qız üstündə dalaşdıqları və onlardan birinin ali təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı məlumatlar yayılıb.

Day.Az xəbər verir ki, universitet insidentlə bağlı açıqlama yayıb.

Bildirilib ki, Qarabağ Universitetinin tələbələri arasında baş verən mübahisə təhsil müəssisəsindən kənarda baş verib:

"Hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib.

Sözügedən məsələ ilə əlaqədar heç bir tələbə Qarabağ Universitetindən qovulmayıb.

Media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiq və obyektiv təqdim edilməsi üçün universitetin mətbuat xidmətinə müraciət edərək dəqiqləşdirilməsi xahiş olunur".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости