https://news.day.az/azerinews/1876589.html Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - VİDEO Dövriyyədə olan yeni pul nişanlarını, xüsusilə də yüz manatlıq əsginasları saxta pullara oxşadanlar, onların həqiqi olmadığını iddia edənlər var. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə də xeyli məlumat paylaşılıb. Bunlardan ikisi yeni, ikisi isə köhnə pul nişanıdır.

Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - VİDEO

Azərbaycanca, 23 ноября 2026 23:40 (UTC +04:00) 139
Saxta pulu həqiqi puldan necə ayırmaq olar?

Dövriyyədə olan yeni pul nişanlarını, xüsusilə də yüz manatlıq əsginasları saxta pullara oxşadanlar, onların həqiqi olmadığını iddia edənlər var.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə də xeyli məlumat paylaşılıb.

Bunlardan ikisi yeni, ikisi isə köhnə pul nişanıdır. Mərkəzi bankın mütəxəssisi Qəhrəman Paşayevin sözlərinə görə, yeni dizaynlı pul nişanlarının əvvəlki nümunələrdən müəyyən fərqlərinin olması və bəzi vətəndaşların onların mühafizə elementləri ilə kifayət qədər tanış olmaması onların həqiqiliyinə dair şübhələr yarada bilər.

Eyni problem ödəmə terminallarında da yaşanır. Mütəxəssis deyir ki, yenilənmiş pul nişanları tədavülə buraxılmazdan əvvəl Mərkəzi Bank onların bankların və bank olmayan təşkilatların istismarında olan nağd pul avadanlıqlarına tanıdılması prosesini həyata keçirir.

O da qeyd olundu ki, tədavülə buraxılmış pul nişanları ölkə ərazisində nominal dəyəri ilə bütün növ ödənişlər zamanı hökmən qəbul edilməlidir. Yeni dizaynlı pul nişanlarının əvvəlki nümunələrdən fərqləndiyinə görə qəbulundan imtina edilməsi qanunvericiliyin tələbinə ziddir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости