https://news.day.az/azerinews/1876685.html Abşeron qaz yatağının işlənmə müddəti 40 ilə çatdırılır Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SİCAR) ilə "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC İnternational ProjectCo 1 RSC Limited" şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Saziş ratifikasiya edilib.

Abşeron qaz yatağının işlənmə müddəti 40 ilə çatdırılır

Azərbaycanca, 24 ноября 2026 11:52 (UTC +04:00) 247
Abşeron qaz yatağının işlənmə müddəti 40 ilə çatdırılır

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SİCAR) ilə "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC İnternational ProjectCo 1 RSC Limited" şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Saziş ratifikasiya edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında 2009-cu il fevralın 27-də imzalanmış Saziş üzrə podratçı tərəflər SOCAR Absheron, TotalEnergies EP Absheron B.V. (TEPAB) və ADNOC International ProjectCo 1 RSC Limited (XRG) şirkətləridir.

Adıçəkilən yataqda ilkin hasilat sxemi üzrə bir quyu 2023-cü il iyulun 3-dən hasilata verilib. Neft yatağında dörd yeni quyunun işlənməsini nəzərdə tutan Tammiqyaslı İşlənmə Layihəsi üzrə Yekun İnvestisiya Qərarı 2026-cı il sentyabrın 25-də qəbul edilib. Sentyabrın 26-da isə SOCAR və podratçı tərəflər arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib edilmiş Abşeron yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb.

Yeni redaksiyaya əsasən, əsas dəyişiklik 2017-ci il martın 1-dən başlanan işlənmə və hasilat dövrünün 30 ildən 40 ilədək uzadılmasıdır. Bu uzadılma Tammiqyaslı İşlənmə çərçivəsində 4-cü quyunun işlənməsi və onun yaradacağı dəyərin reallaşdırılması ilə bağlıdır. Belə ki, 4-cü quyunun 2057-ci ilədək əlavə qaz hasilatını təmin etməsi və Abşeron blokundan ümumi qaz çıxarılma əmsalını yüksəltməsi gözlənilir. 4-cü quyunun Abşeron Tammiqyaslı İşlənməsi üzrə Yekun İnvestisiya Qərarına daxil edilməsi ilə əlaqədar quyuya qoyulan investisiyaların geri qaytarılmasını təmin etmək məqsədilə Saziş üzrə işlənmə və hasilat dövrünün 10 il uzadılması razılaşdırılıb.

Dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişlə, həmçinin, Abşeron Tammiqyaslı İşlənmə Layihəsi çərçivəsində qaz və kondensat həcmlərinin daşınması üçün müvafiq infrastruktur obyektlərinə birləşdirilməsi məqsədilə tikiləcək və podratçılar tərəfindən maliyyələşdiriləcək obyektlərin tikintisi və istismarına çəkilən xərclərin Saziş üzrə neft-qaz əməliyyatları məsrəfləri hesab edilməsi və əvəzi ödənilən məsrəflərə aid edilməsi nəzərdə tutulur.

Eyni zamanda, bu Sazişlə əvvəlki sazişə əlavə edilmiş altı qoşma eyni şərtlərlə saxlanılmaqla yeni redaksiyaya daxil edilir və vahid sənəddə birləşdirilir. Həmçinin, Sazişə redaktə xarakterli bəzi dəyişikliklər edilir.

"Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC İnternational ProjectCo 1 RSC Limited" şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости