https://news.day.az/azerinews/1877490.html Yük maşını ilə mal daşıyanlara yeni cərimə tətbiq ediləcək Azərbaycanda əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədən avtomobil nəqliyyatı ilə daşınaraq təqdim edilməsinə görə vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək.

Yük maşını ilə mal daşıyanlara yeni cərimə tətbiq ediləcək

Azərbaycanca, 27 ноября 2026 10:32 (UTC +04:00) 277
Yük maşını ilə mal daşıyanlara yeni cərimə tətbiq ediləcək

Azərbaycanda əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədən avtomobil nəqliyyatı ilə daşınaraq təqdim edilməsinə görə vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, elektron əmtəə-nəqliyyat qaiməsi olmadan avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınaraq təqdim edilməsi halları operativ vergi nəzarətinin əhatə dairəsinə daxil ediləcək.

Bununla yanaşı, belə hallara yol verən malları təqdim edən vergi ödəyicisinə təqdim edilmiş malların ümumi dəyərinin 2 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

Qeyd edək ki, yeni müddəalar orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2027-ci il iyulun 1-dən, digər sahibkarlıq subyektlərinə münasibətdə isə 2028-ci il avqustun 1-dən qüvvəyə minəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости