https://news.day.az/azerinews/1877555.html Türkiyəli tanınmış aparıcılar saxlanıldı Türkiyənin "Halk TV" telekanalına qarşı növbəti əməliyyat keçirilib. Day.Az xəbər verir ki, bu barədə NTV məlumat yayıb. İstanbul Baş Prokurorluğunun qərarı ilə əməliyyat çərçivəsində 12 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 9-u artıq saxlanılıb.

Türkiyəli tanınmış aparıcılar saxlanıldı

Azərbaycanca, 27 ноября 2026 12:35 (UTC +04:00) 181
Türkiyəli tanınmış aparıcılar saxlanıldı

Türkiyənin "Halk TV" telekanalına qarşı növbəti əməliyyat keçirilib.

Day.Az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

İstanbul Baş Prokurorluğunun qərarı ilə əməliyyat çərçivəsində 12 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 9-u artıq saxlanılıb.

Saxlanılanlar arasında telekanalın tanınmış aparıcıları Ece Üner Bayramoğlu və Deniz Bayramoğlu da var. Xəbər koordinatoru Hakan Kürşad Oğuzun isə xaricdə olduğu bildirilir.

Prokurorluğun məlumatına görə, telekanalın sahibi Cafer Mahiroğlunun göstərişi ilə şübhəli şəxslərə rüşvət verilib. Onlar cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, cinayətkar təşkilat yaratmaq və ona üzv olmaq, yalan məlumat yaymaq, rüşvət, tenderlərdə saxtakarlıq və vergi qanunvericiliyini pozmaqda şübhəli bilinirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости