https://news.day.az/azerinews/730618.html Telman İsmayılov müflis oldu

Telman İsmayılov müflis oldu

Azərbaycanca, 21 декабря 2015 16:01 (UTC +04:00) 1 194
Telman İsmayılov müflis oldu

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış iş adamı, AST şirkətlər qrupunun prezidenti, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov rəsmən müflis elan olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskva vilayət Arbitraj Məhkəməsi qərar çıxarıb.  

Qeyd edək ki, Rusiyanın "Moskva bankı" ("Bank Moskvı", VTB qrupu) Telman İsmayılovun rəhbərlik etdiyi AST Şirkətlər Qrupuna daxil olan "KBF AST" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 213 milyon dollarlıq iddia qaldırıb. "Moskva bankı" iddiasında 2012-ci il 28 sentyabr tarixində imzalanmış müqaviləyə əsasən "Ruslayn 2000" MMC-nin adına alınan 213 milyon dollar məbləğində borcun ödənilməsini tələb edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости