Həmyerlilərimizin “O səs Türkiyə”də möhtəşəm performansı - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
"O səs Türkiyə"də ikinci turun seçimləri davam edir.
Publika.az xəbər verir ki, Murad Bozun komandasında yarışan azərbaycanlı ifaçı Ruslan İqnatenko növbəti mərhələ üçün Beyonsun repertuarından "Listen" mahnısını ifa edib. Həmyerlimiz qalib gələrək "duellər" mərhələsinə adlayıb.
Daha sonra Ebru Gündeşin komandasında olan digər həmyerlimiz Mərdan Kazımov səhnəyə çıxıb. O, əfsanəvi Rey Çarlzın "Hit the road Jack" mahnısını səsləndirib. O, da növbəti mərhələyə keçib.
İlk turda Gökhan və Hakan Özoğuzları seçən azərbaycanlı rep qrupu "Nəğd Pul" da tamaşaçı qarşısına çıxaraq performanslarını göstərib. Onlar komanda rəhbərləri olan "Athena" qrupunun mahnısı üzərində öz replərini deyiblər. Özoğuzlar sonda həmyerlilərimizi seçiblər. Tamaşaçıların xahişi ilə "Nəğd pul" eyni mahnını yenidən oxuyub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре