https://news.day.az/azerinews/739193.html İfaçılarımız məşhur yarışı tərk etdi - VİDEO

İfaçılarımız məşhur yarışı tərk etdi - VİDEO

Azərbaycanca, 18 января 2016 11:25 (UTC +04:00) 1 251
İfaçılarımız məşhur yarışı tərk etdi

Day.Az представляет новость на азербайджанском языке

"O səs Türkiyə"nin 2-ci turu yekunlaşıb. SİA-nın verdiyi xəbərə görə, Gökhan və Hakanın komandasında yarışan Zemfira Qarabağlı Yıldız Tilbenin repertuarından "Anam" mahnısını səsləndirib. Lakin o, növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Daha sonra "Duellər" mərhələsi başlayıb. İlk gün səhnəyə çıxanlar arasında azərbaycanlı iştirakçı Rəşidə Kərim də olub. Ebru Gündeşin komandasında yarışan həmyerlimiz rəqibləri Ercan Tok, Gülnur Badakalla birgə Müslüm Gursesin repertuarından "Kaç kadeh kırıldı" mahnısını səsləndirib.

E.Gündeş sonda Ercanı seçdiyi üçün Rəşidə yarışma ilə vidalaşıb.

Qeyd edək ki, TV8-də efirə gedən "O səs Türkiyə"nin münsiflər kürsüsündə E.Gündeş, Hadisə, Murad Boz və Gökhan-Hakan Özoğuzlar əyləşib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости