Məşhur jurnalist AzTV-də

Day.Az представляет новость на азербайджанском языке.
Modern.az saytının məlumatına görə, tanınmış jurnalist Vəli Əkbər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə işə qayıdıb. O, bundan əvvəl də AzTV-də çalışıb.
V.Əkbər 1993-1998-ci illərdə "Press-Fakt" qəzetində məsul katib, məsul redaktor vəzifələrində fəaliyyət göstərib. 1998-2001-ci illərdə "Rezonans" qəzetinə rəhbərlik edib. 2001-ci ildə "Həftə-içi" qəzetinin rəhbərliyində təmsil olunub. 2003-2008-ci illərdə "Lider" televiziyasının İçtimai-Siyasi proqramlar və Xəbərlər departamentinin rəisi işləyib.
2008-2012-ci illərdə Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Proqramları Studiyası direktorunun müavini vəzifəsində çalışıb.
2013-cü ildə "Tezxeber.az" saytını yaradıb.
2014-cü ilin fevralından Tovuzun "Türkel" telekanalında direktor müavini, daha sonra Region TV-də xəbər direktoru işləyib.
Bu həftədən isə Vəli Əkbər yenidən Az TV-nin İnformasiya studiyasının direktor müavini səlahiyyətlərini yerinə yetirməyə başlayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре