https://news.day.az/azerinews/743728.html Leyla “O səs Türkiyə”də - VİDEO - FOTO

Leyla “O səs Türkiyə”də - VİDEO - FOTO

Azərbaycanca, 30 января 2016 12:39 (UTC +04:00) 1 356
Leyla “O səs Türkiyə”də

Day.Az представляет новость на азербайджанском языке.

"O səs Türkiyə"nin dünənki buraxılışında "Çarpaz qarşılaşmalar" mərhələsinin növbəti günü baş tutub.

Axşam.az-ın məlumatına görə, Murad Bozun komandasnda olan azərbaycanlı iştirakçı Leyla Rəhimova Gökhan-Hakan Özoğuzların komandasından olan Yusuf Yükseklə qarşılaşıb.

Leyla Muslüm Gursesin repertuarından "Vazkeçmem" mahnısını səsləndirib. İfasının sonunda Ebru Gündeş Leylanın səsinə heyranlığını ifadə edib. Lakin zalda oturan tamaşaçılar "İsyan" mahnısını oxuyan Yusufa daha çox səs veriblər. Həmyerlimiz 41 faiz səslə yarışmanı tərk edən sonuncu azərbaycanlı olub.

Sosial şəbəkələrdə azərbaycanlılarla yanaşı türkiyəlilər də Leyla və Yusufun arasındakı səsverməni "ədalətsizlik" adlandırıblar. Onlar "Yusuf yaxşı oxudu, amma Leyla daha çox layiq idi, haqsızlıq edildi" yazıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

  • Leyla “O səs Türkiyə”də
  • Leyla “O səs Türkiyə”də
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости