"O səs Türkiyə"nin qalibləri haradadir? - "Elnur da unuduldu..."
Day.Az представляет новость на азербайджанском языке.
Bir neçə gün əvvəl müğənni Cem Adrian "O səs Türkiyə"ni tənqid edərək oradakı iştirakçıların təşkilatçı Acun İlıcalıya pul qazandrıb, sonra isə unudulduqlarını demişdi.
Axşam.az-ın məlumatına görə, Türkiyə mətbuatında bu açıqlamanı haqlı sayanlar da az olmayıb. Tanınmış saytlardan biri "O səs Türkiyə" qaliblərinin yarışmadan sonrakı karyeralarını araşdırıb:
"Birinci mövsümün qalibi - Murad Bozun komandasından Oğuz Berkay Fidan birinci olanda hələ 17 yaşında idi. Yarışmadan sonra Muradla "Olmuyor" adlı sinql buraxsa da, uğurlu olmadı. Qısa müddətdə unuduldu.

İkinci mövsüm - Mustafa Sandalın komandasından Mustafa Bozkurt yarışmadan sonra yaddaşlardan silindi.

Üçüncü mövsüm - Gökhan Özoğuzun komandasından Hasan Doğru qalib olduqdan sonra gündəmə gəldiyi yeganə hadisə arıqlaması olub.

Dördüncü mövsüm - Ebru Gündeşin komandasında yarışan azərbaycanlı Elnur Hüseynov qalib olduqdan sonra Azərbaycanı "Eurovision"da təmsil etdi. Lakin türk musiqi dünyasına daxil ola bilməyən Elnur unuduldu.

"O səs Türkiyə" tarixində qalib olmasa da, yarımfinalda uduzan, musiqi dünyasında adından söz etdirən yeganə iştirakı İrem Dericidir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре