Ankara terrorçusunun fotosu yayıldı

Day.Az представляет новость на азербайджанском языке

---------
11:14

Türkiyədə 28 nəfərin ölümünə səbəb olan partlayışı kimin törətdiyi məlum olub.

"Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, terrorçunun kürd əsilli Suriya vətəndaşı Salih Necar olduğu müəyyənləşib.
1992-ci il təvəllüdlü terrorçunun PKK-nın Suriya qolu olan PYD üzvü olduğu məlum olub.

Həmin şəxsin kimliyi partlayış baş verən ərazidə ölən terrorçunun barmaq izləri ilə müəyyən edilib. Salih Necar iyulda suriyalı qaçqınlarla birgə Türkiyəyə daxil olub. Onunla əlaqəsi olduğu ehtimal edilən daha 2 nəfər isə saxlanılıb.

---------
09:39

Türkiyənin kütləvi informasiya vasitələrində dünən axşam Ankarada dəhşətli terror aktını törətmiş şəxsin kimliyi açıqlanıb.

Virtualaz.org "Vatan" qəzetinə istinadən xəbər verir ki, partlayıcı vasitələrlə dolu avtomobilin sükanı arxasında PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin silahlı dəstələri - YPG-nin üzvü, Suriya vətəndaşı Salih Necar olub.

Avtomobildə özünü partlatmış və 28 nəfərin ölümünə, 60-dan çox insanın yaralanmasına səbəb olan şəxsin kimliyi hadisə yerindən tapılan cəsəd fraqmentlərinin analizi və barmaq izləri ilə müəyyənləşdirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.