"Terror aktlarının beynəlxalq aləmdəki gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur"

Day.Az представляет новость на азербайджанском языке

Terror aktlarının beynəlxalq aləmdəki gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində yazıb.

PA rəsmisi qeyd edib ki, düşünürəm ki, dövlətlərarası gərginlik azalarsa terror aktlarının azalması da müşahidə olunar: "Ankarada terror hadisəsi nəticəsində həyatını itirən insanlara Allah rəhmət eləsin, yaxınlarına səbir, dözüm versin".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.