Türkiyədə daha bir partlayış, 6 şəhid

Day.Az представляет новость на азербайджанском языке

----------
13:41

Türkiyənin Diyarbəkir vilayətində partlayış baş verib.

Axar.az xəbər verir ki, yola quraşdırılan mina hərbi avtomobilin keçidi zamanı partladılıb.

Hadisə nəticəsində 1 hərbçi şəhid olub, daha bir neçə nəfər isə yaralanıb.

Əraziyə təcili tibbi yardım briqadaları göndərilib.

ХХХ

"Əl Cəzirə"nin məlumatına görə, terror aktı nəticəsində 6 hərbçi həlak olub, bir nəfər isə yaralanıb.

---------
13:22

Milli.Az "Milliyet"ə istinadən bildirir ki, Diyarbəkirin Lice qəsəbəsində hərbi maşının partladılması nəticəsində 6 nəfər həlak olub, 1 nəfər yaralanıb.

----------
13:11

Milli.Az "Habertürk"ə istinadən bildirir ki, Bakı vaxtı ilə saat 11:40-da Diyarbəkirin Lice qəsəbəsində hərbi maşının magistraldan keçidi əsnasında partlayış hadisəsi baş verib. Hadisə yola döşənilən minaların uzaqdan idarə edilərək partladılması nəticəsində törədilib. Terror nəticəsində 1 əsgər şəhid olub. Yaralılar xəstəxanaya aparılıblar.

----------
13:04

Türkiyənin Diyarbəkir vilayətində hərbi maşınların keçidi zamanı partlayış hadisəsi baş verib.

Milli.Az "Habertürk"ə istinadən bildirir ki, partlayış nəticəsində yaralılar var.

Əraziyə təcili tibbi yardım maşınları cəlb edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.