https://news.day.az/azerinews/750654.html Britaniyanın nüfuzlu qəzeti Ankara terrorundan yazdı

Britaniyanın nüfuzlu qəzeti Ankara terrorundan yazdı

Azərbaycanca, 18 февраля 2016 13:12 (UTC +04:00) 933
Britaniyanın nüfuzlu qəzeti Ankara terrorundan yazdı

Day.Az представляет новость на азербайджанском языке

Britaniyanın nüfuzlu "Qardian" qəzeti Ankara terrorundan yazıb.

Day.Az axar.az-a istinadən bildirir ki, məqalədə hərbi avtomobillərə hücumun yalnız PKK tərəfindən törədilə biləcəyi qeyd edilib:
 
"Hücumun PKK tərəfindən törədildiyi ehtimal olunur. Digər tərəfdən, təşkilat sistemli olaraq əsgərləri hədəfə alır. Hücumun arxasından PKK çıxarsa, bu, ötən ilin iyulunda atəşkəsin pozulmasından sonra kürd bölgələrində baş verən hərbi əməliyyatlar və həbslərə birbaşa cavab olaraq qiymətləndiriləcək. Hadisəni PKK törədibsə, bu, baş nazir Əhməd Davudoğluya 40 ildə təxminən 40 min adamın həyatı bahasına başa gələn döyüşün sona çatmaqdan hələ çox uzaq olduğunu xatırladacaq".
 
Xatırladaq ki, ötən gün Ankarada baş verən teraktda 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb. Terrorçu kamikadzenin suriyalı gənc olduğu aşkarlansa da, onun hansı terror qruplaşmasına aid olduğu hələlik bəlli deyil.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости