https://news.day.az/azerinews/750724.html Məşhurlar Ankaradakı terror haqda: "Qaralan tək səhifəmiz deyil" - FOTOLAR

Məşhurlar Ankaradakı terror haqda: "Qaralan tək səhifəmiz deyil" - FOTOLAR

Azərbaycanca, 18 февраля 2016 15:13 (UTC +04:00) 800
Məşhurlar Ankaradakı terror haqda:

Day.Az представляет новость на азербайджанском языке

Ankarada baş verən terror hadisəsi ilə bağlı Azərbaycanın bir çox məşhurları öz instaqram səhifələrində zərərçəkənlərə və bütün türk xalqına başsağlığı veriblər.

Day.Az anspress-ə istinadən bildirir ki, sosial şəbəkədə "#Ankara", #başımızsağolsun, #terorulanetleyiriz", #PrayforAnkara həştəqləri ilə yazılar, şəkillər paylaşılıb. 

Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova: "Ankarada baş verən terroru lənətləyirik. Canımız Türkiyə. Biz sizinləyik" yazaraq başsağlığı verib.

Türkiyənin tanınmış ifaçısı Sibel Can "İnstaqram" səhifəsində təsirli yazıb:

"Yenə qan...

Yenə can getdi...

Dünyasını dəyişən qardaşlara Allah rəhmət eləsin.

Yaxınlarına Allah səbr və güc versin". 

Ötən ilin Türkiyənin ən yaxşı müğənnisi Mustafa Ceceli: "Qaralan tək səhifəmiz deyil" yazıb. "Qalatasaray"ın alman futbolçusu Podolski də türk xalqına başsağlığı verib. Digər məşhurlar şərhsiz üzüldüklərini bildiriblər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Məşhurlar Ankaradakı terror haqda:
  • Məşhurlar Ankaradakı terror haqda:
  • Məşhurlar Ankaradakı terror haqda:
  • Məşhurlar Ankaradakı terror haqda:
  • Məşhurlar Ankaradakı terror haqda:
  • Məşhurlar Ankaradakı terror haqda:
  • Məşhurlar Ankaradakı terror haqda:
  • Məşhurlar Ankaradakı terror haqda:
  • Məşhurlar Ankaradakı terror haqda:
  • Məşhurlar Ankaradakı terror haqda:
  • Məşhurlar Ankaradakı terror haqda:
  • Məşhurlar Ankaradakı terror haqda:
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости