"Onların partlayışdan əvvəl ölkə daxilində və ondan kənarda təmasları olub"

Day.Az представляет новость на азербайджанском языке

"Ankarada baş verən terror aktını PKK və onun Suriya qolu PYD-nin törətdiyi sənədlər və sübutlarla təsdiqlənib".

Day.Az APA-ya istinadən bildirir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Baş Qərargahını ziyarət edərkən deyib. O, ölkə daxilində keçirilən əməliyyatlarda bu məsələ ilə əlaqəsi olan 14 nəfərin saxlanıldığını açıqlayıb. 
 
R. T. Ərdoğan ümid etdiyini bildirib ki, indiyə qədər PYD və YPG-ni terror təşkilatı saymayan ABŞ və digər dövlətlər son hadisədən sonra mövqeyini dəyişəcək. 

X X X

Ötən gün Ankarada baş vermiş terror aktı nəticəsində 20 yüksək rütbəli hərbçi və 8 vətəndaş həlak olub.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, bu gün Türkiyədə terror aktında əli olan 14 nəfər saxlanılıb: "Müəyyən edilib ki, terrorçunun partlayışdan əvvəl ölkə daxilində və ondan kənarda təmasları olub".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.