https://news.day.az/azerinews/750747.html "Onları himayə edənlər cəzadan canlarını qurtara bilməyəcəklər" - Rasim Musabəyov

"Onları himayə edənlər cəzadan canlarını qurtara bilməyəcəklər" - Rasim Musabəyov

Azərbaycanca, 18 февраля 2016 16:21 (UTC +04:00) 1 569
"Onları himayə edənlər cəzadan canlarını qurtara bilməyəcəklər"

Day.Az представляет новость на азербайджанском языке

Əminəm ki, terrorçular və onları himayə edənlər cəzadan canlarını qurtara bilməyəcəklər.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov fevralın 17-də Türkiyənin paytaxtı Ankarada törədilən terror aktına münasibətini açıqlayarkən bildirib.

Millət vəkili qeyd edib: "Ankarada dəhşətli terror aktı nəticəsində 28 nəfərin ölümü, 61 adamın isə yaralanması məni, hər bir azərbaycanlı kimi, kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Türk qardaşlarıma başınız sağ olsun deyirəm. Əminəm ki, terrorçular və onları himayə edənlər cəzadan canlarını qurtara bilməyəcəklər. Türk dövləti və milləti sarsılmazdır!"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости