Ankara terroru ilə bağlı tutulanların sayı açıqlandı

Day.Az представляет новость на азербайджанском языке

Fevralın 17-də Ankarada törədilən terrorla bağlı tutulanların sayı 17-yə çatıb.

Day.Az Report-a istinadən bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Belə ki, bu gün keçirilən əməliyyat nəticəsində tutulan şübhəlilərin sayı artıb.
Qeyd edək ki, ötən gün ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan onların sayının 14 olduğunu, ancaq bunun da son rəqəm olmayacağını bildirmişdi.

Türkiyənin baş naziri Əhməd Davudoğlu isə bu terrorla bağlı heç kimin göz yaşına rəhm edilməyəcəyini, günahkarların cəzalandırılacağını bəyan edib.

Xatırladaq ki, fevralın 17-də törədilən terror nəticəsində 28 nəfər həyatını itirib, 61 nəfər isə yaralanıb. Hadisəni terrorçu PKK-nın Suriyadakı qollar "PYD" və "YPG" törətdiyi bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.