Ankaradakı terror hadisəsi ilə bağlı 14 nəfər həbs edilib

Day.Az представляет новость на азербайджанском языке

Ankarada baş vermiş terror hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə 14 nəfər həbs edilib.

Trend Türkiyənin "Anadolu" agentliyinə istnadən məlumat verir ki, terror hadisəsində iştirakda şübhəli bilinən ümumilikdə 21 nəfər saxlanılmış, onlardan 7 nəfəri yetərincə sübut olmadığı üçün sərbəst buraxılımışdır.

Qeyd edək ki, fevralın 17-də yerli vaxtla saat 18:30-da paytaxt Ankarada güclü partlayış baş verib. Partlayış Türkiyə Böyük Millət Məclisindən 500 metr məsafədə, Türkiyənin Baş Qərargahı, hərbçilər üçün yataqxana və parlament binasının yaxınlığında baş verib. Partlayışın səbəbi minalanmış avtomobil olub. Türkiyə Baş Qərargahı partlayışı terror aktı adlandırıb.

Partlayış nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.