Türkiyədə 28 nəfərin ölümünə səbəb olan şəxs kimdir?

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə 28 nəfərin ölümünə səbəb olan terrorçunun kimliyi ilə bağlı qarışıqlıq yaranıb.

Qafqazinfo Türkiyə KİV-ə istinadən xəbər verir ki, məsuliyyəti öz üzərində götürən PKK-nın bir qolu olan TAK terrorçunun əsl adının Abdülbaki Sönmez olduğunu açıqlayıb. Hazırda faktı dəqiqləşdirmək üçün Sönmezin atasından DNK analizi götürülüb. Sönmezin atası Musa Sönmezisə fotodakı şəxsin oğlu olduğunu etiraf edib.  

Bu açıqlamadan sonra 2014-də Türkiyəyə daxil olarkən özünü Salih Neccar olaraq təqdim edən şəxsin, əslində, Abdülbaki Sönmez olması ehtimalı üzərində dayanılıb. Onun kimliyi isə DNK nəticələrindən sonra təsdiqini tapacaq.

Musa Sönmezin 2005-də oğlunun itkin düşməsi ilə bağlı polisə müraciət etdiyi məlum olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.