Ankara teraktında ölənlərin sayı 29 nəfərə çatdı

Day.Az представляет новость на азербайджанском языке

Ankarada təşkil olunan terror hücumunda həyatını itirənlərin sayı 29 nəfərə yüksəlib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyənin paytaxtı Ankarada fevralın 17-də törədilən "canlı bomba" hücumunda yaralanan bir nəfər xəstəxanada həyatını itirib.

Məlumata görə, hücum zamanı ağır yaralanan Aydın Dedehayır müşahidə altında müalicəsinə davam edirdi.

Maliyyə Nazirliyinin işçisi olan şəxs bu gün vəfat edib.

Qeyd edilir ki, yaralı olan 10 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.