Terrorçuların növbəti hədəfləri:

Day.Az представляет новость на азербайджанском языке

PKK terror təşkilatının Suriya qolu olan PYD-nin bombalı terror hadisəsi törədəcəyi haqda məlumat yayılıb.

Day.Az ölkə.az-a istinadən bildirir ki, hüquq-mühafizə orqanları Türkiyənin paytaxtı Ankarada 28 nəfərin öldüyü terror hadisəsini törədən PKK-nın Suriya qolu PYD-nin yeni terror hadisələri törətmələri haqda məlumat əldə edib. Hədəflər arasında prezident və baş nazirin iqamətgahları ilə yanaşı Türkiyə parlament binasının da olduğu deyilir.

Türkiyə, Ankaradakı 29 nəfərin həyatını itirməsi, 61 nəfərin isə yaralanması ilə nəticələnən 17 fevral terror hadisəsində aidiyyəti qurumların təhlükəsizlik tədbirlərini almadıqları müzakirə edilərkən Baş Polis İdarəsinin separatçı terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG-yə aid verdiyi kəşfiyyat hesabatı gündəmə gəlib.

Hüquq-mühafizə orqanları PYD/YPG-nin Türkiyənin paytaxtında ikinci terror hadisəsi hazırlığında olduğunu müəyyən edib. Kəşfiyyat Dairəsində hazırlanan hesabat prezidentə, baş nazirə, parlamentin və Ankara İcra Hakimiyyətinin aidiyyəti şöbələrinə göndərilib.

Hesabatda PYD/YPG-nin Ankarada yenidən səs gətirəcək terror hadisəsi törətmək istədikləri haqda məlumat yer alıb.

Hesabatda prezident və baş nazir iqamətgahlarının, parlament binasının, bir sıra universitet şəhərcikləri yaxınlığındakı təhlükəsizlik tədbirlərinin artırılması, bu bölgələrdəki avtomobil dayanacaqlarının daimi müşahidə altına alınması tələb olunub. PYD/YPG-yə bağlı təşkilat mənsublarının bəzi avtomobil dayanacaqlarına partladılması üçün bomba yüklənmiş maşınlar yerləşdirməyi planlaşdırdığı qeyd edilən hesabatda bu xəbərdarlıq da edilib:

"Terror hadisələrinin artdığı bu dövrdə terrorçuların hədəf seçdikləri dövlət əhəmiyyətli binalara yaxınlıqda yerləşən avtomobil dayanacaqlarına yerləşdirməyi planladıqları bomba yüklü avtomobilləri partlatmaqla səs-küylü terror hadisəsinə imza atmaq istəyirlər."

Qeyd edək ki, bu hesabatdan sonra Ankara İcra Hakimiyyəti və Polis İdarəsi paytaxtda belə bir terror hadisəsinin yenidən baş verməməsi üçün şübhəli şəxsləri və maşınları nəzarətə götürüblər.

Dayanacaqdakı maşınlar isə xüsusi aparat və təlimləndirilmiş itlərlə yoxlanılmağa başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.