Ronaldu komandasını çətin vəziyyətə saldı - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Portuqaliyanın futbol üzrə yığma komandası yoldaşlıq matçında öz meydanında gözlənilmədən Bolqarıstan millisinə məğlub olub - 0:1.
Day.Az APA-ya istinadən xəbər verir ki, yeganə qolu Marselinyo (19 dəq.) meydan sahiblərinin qapısından keçirib.
Oyunun 66-cı dəqiqəsində portuqalların lideri Kriştianu Ronaldo 11-metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Qeyd edək, Portuqaliya və "Real" (Madrid) ulduzu mövsümdə sayca 4-cü penaltini vura bilməyib. Bundan əvvəl martın 20-də, İspaniya çempionatının 30 turu çərçivəsində keçirilən "Real"-"Sevilya" matçında K.Ronaldo penaltini dəqiq yerinə yetirə bilməmişdi.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре