https://news.day.az/azerinews/772675.html Zidan Ronaldu haqda: "Vəziyyəti daha ağır ola bilər"

Zidan Ronaldu haqda: "Vəziyyəti daha ağır ola bilər"

Azərbaycanca, 21 апреля 2016 14:35 (UTC +04:00) 1 269
Zidan Ronaldu haqda:

Day.Az представляет новость на азербайджанском языке

"Real Madrid" futbol klubunun baş məşqçisi Zinəddin Zidan "Vilyereal"la qarşılaşmada zədələnən Kriştianu Ronaldunun vəziyyətinin ağır olacağını deyib.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, Ronaldunun istirahət etməsinin vacib olduğunu bildirən Zidan: "Bir məşqçinin onun kimi bir oyunçusu varsa, tez-tez ona istirahət verməlidir. Bəzən oyunları bitirməyə bilər, ya da heç oynamaya bilər. Amma o, hər zaman meydançada olmaq və əlindən gələni etmək istəyir", - deyib.

Ronaldunun yoxluğunun onun üçün çətin olduğunu deyən Zinəddin çox kədərli olduğunu vurğulayıb:

"Onun meydançadan ayrıldığını görmək mənim üçün çox çətin idi. Amma hazırda qarşıdakı oyunlara diqqət etməliyik. Digər yandan da Ronaldunun qayıtmasını gözləyəcəyik. Vəziyyəti bildiyimizdən daha ağır ola bilər. Müayinənin nəticəsini gözləyək".

Qeyd edək ki, ombasından zədə alan Ronaldu "Rayo Valekano" ilə qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости