Çaylarda son vəziyyət AÇIQLANDI
Day.Az представляет новость на азербайджанском языке
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat açıqlanıb.
Day.Az bildirir kİ, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-210, Kiçik Qafqazın çaylarında 130-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-30 faizini təşkil edir.
Tranzit çaylarda hazırkı vəziyyət
Oktyabrın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 107 m3/s olmaqla ongünlük normanın 66 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla, ongünlük normanın 92 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 32 m3/s təşkil edərək ongünlük normanın 33 faizini təşkil etmişdir.
Kür çayının aşağı axınında hazırkı vəziyyət
Oktyabrın 3-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 12 sm, Bankədə 3 və Araz çayının Novruzlu məntəqəsində isə 14 sm azalma qeydə alınıb. Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 486 (2015-ci il oktyabrın 3-də 318 sm), Salyanda 340 (2015-ci il oktyabrın 3-də 120 sm), Bankədə 246 (2015-ci il oktyabrın 3-də 157 sm), Araz çayının Novruzlu məntəqəsində isə 200 sm (2015-ci il oktyabrın 03-də 32 sm) təşkil edir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре