https://news.day.az/azerinews/831869.html Ronaldunun 260 minlik avtomobili

Ronaldunun 260 minlik avtomobili

Azərbaycanca, 18 октября 2016 10:46 (UTC +04:00) 1 624
Ronaldunun 260 minlik avtomobili

Day.Az представляет новость на азербайджанском языке

Portuqaliya millisinin və İspaniya "Real"ının futbolçusu Kriştianu Ronaldu yeni avtomobili ilə şəklini paylaşıb.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, İspaniya çempionatının son turunda "Betis" üzərində 6:1 hesablı qələbədən məmnun qalan portuqaliyalı oyunun ertəsi gün "İnstaqram"da izləyicilərini salamlayıb.

O, yeni "Lamborcini Aventador"la çəkdirdiyi şəkli paylaşaraq, "Sabahınız xeyir" statusu ilə diqqət çəkib. Ronaldunun bu avtomobili 260 min funt-sterlinq dəyərindədir.
 
31 yaşlı hücumçunun 515 at gücünə malik nəqliyyat vasitəsi önündə poza verməsinə özünün uğurlu çıxışı da rəvac verib. "Betis"lə görüşdə sonuncu qolun müəllifi olan Ronaldu yeni mövsümdə 7-ci matçda 4-cü dəfə fərqlənib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости