Günay İbrahimli: "Pəhriz saxlamaq mənlik deyil"
Day.Az представляет новость на азербайджанском языке
Müğənni Günay İbrahimli tədbirlərin birində fotokamermaız qarşısına keçib.
Son günlər xeyli çəki aldığını deyən ifaçı axşam.az-a açıqlamasında pəhriz saxlaya bilmədiyini söyləyib:
"Mənim normal çəkim 53 kiloqramdır. Hazırda 58 olmuşam, 5 kiloqram atmalıyam. Pəhriz saxlaya bilmirəm, mənlik deyil. Amma idman edirəm. Şirniyyatı çox sevən biri necə pəhriz saxlasın?"
G.İbrahimli dadlı yeməklər hazırladığını bildirib:
"Elə bilirlər ki, müğənniyəm, yemək bişirə bilmirəm. Xeyr, çox qəşəng yeməklər hazırlayıram. Düzdür, işimin çoxluğundan mətbəxə az girirəm. Amma bütün xörəkləri hazırlaya bilirəm".
İfaçı yeni film təklifi aldığını da deyib:
"Film, serial təklifi var, amma istəmirəm. Ssenariləri oxuyuram, əgər normal komanda olsa, filmə çəkiləcəm. Serial isə istəmirəm. Bizdə hamı komediyaya üstünlük verir. O da mənlik deyil".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре