https://news.day.az/azerinews/834674.html Masallıda 100-dən çox ev su altında qaldı

Masallıda 100-dən çox ev su altında qaldı

Azərbaycanca, 27 октября 2016 10:42 (UTC +04:00) 1 545
Masallıda 100-dən çox ev su altında qaldı

Day.Az представляет новость на азербайджанском языке

Masallı rayonunda yüzdən çox ev su altında qalıb.

Day.Az bildirir ki, bu barədə azvision.az-a Masallı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı deyib.

İcra rəsmisinin sözlərinə görə, hazırda dəyən ziyanın aradan qaldırılması üçün rayon Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırma aparılır: 

"Cəlilabad rayonunda yerləşən su anbarı həddindən çox yüklənmişdi. Nəticədə su anbarı daşıb və su Masallı rayonundakı kəndləri basıb. 50-dən çox insan təxliyə olunub. Fərdi təsərrüfatlara ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости