Günayın klipi Türkiyədə yayımlanacaq - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Müğənni Günay İbrahimlinin yeni işıq üzü görən "Teşekkürler Bakü" klipi Türkiyədə də yayımlanacaq.
Bu haqda axşam.az-a ekran işinin rejissoru Nail Naiboğlu xəbər verib. O bildirib ki, klipin qardaş ölkədə piarı artıq başlayıb:
"Türkiyənin "Netd Music World" Youtube kanalı ilə müqavilə imzalamışıq. Onların yalnız Azərbaycan müğənnilərinin kliplərindən ibarət səhifələri açılıb.
Həmin kanalda mənim lentə alacağım kliplər yerləşdiriləcək. Eyni zamanda Günay İbrahimliyə çəkdiyim yeni klipin orada piarı aparılacaq. Türkiyə kanallarında da klip yayımlanacaq".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре