Elnarə: "Doğma hesab etdiyin biri sənə xəyanət edirsə..." - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
İnsana xoşbəxt olması üçün nə lazım ola bilər? Gözəl ev, bahalı maşın, geyimlər, daş-qaş, çoxlu pul - bunların hamısı insanı xoşbəxt edən amillərdir. Amma, məsələn, əgər sən sağalmaz xəstəliyə tutulmusansa, yuxarıda sadaladıqlarımın heç biri səni xoşbəxt edə bilməz.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə paylaşıb.
Sənətçi qeyd edib ki, xoşbəxtlik pulla ölçülmür:
Doğma hesab etdiyin biri sənə xəyanət edirsə, onda heç nəyin sənin gözündə dəyəri qalmır. Yaxud, Allah eləməsin, fərsiz və bivec övladın varsa, səni yenə də var-dövlət sevindirə bilməz. Uzun sözün qısası - əsl xoşbəxtlik və xoşbəxt keçən anlar, əslində, pulla alına bilməyənlərdir.
Həqiqi xoşbəxtlik övladlarının sağlam, sevdiklərinin sağ-salamat sənin yanında olduğunu bilmək, ən böyük səadət övladlarının gözünün içinə qürurla baxa bilmək, şərəflə, ismətlə, mərdi-mərdanə, dürüst şəkildə, alnıaçıq, üzüağ ömür sürməkdir. Heç kəsin haqqını yemədən, qəlbini qırmadan, şər atmadan... Yalnız bundan sonra, demək olar ki, mən həqiqətən xoşbəxtəm".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре