https://news.day.az/azerinews/854225.html Ronaldu dünyanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb

Ronaldu dünyanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb

Azərbaycanca, 28 декабря 2016 09:48 (UTC +04:00) 1 096
Ronaldu dünyanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb

Day.Az представляет новость на азербайджанском языке

Portuqaliya yığmasının rəhbəri Fernandu Santuş ən yaxşı məşqçi seçilib

İspaniyanın "Real" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu dünyanın ən yaxşı futbolçusu - "Globe Soccer Awards" mükafatına layiq görülüb.

Day.Az Report-a istinadən xəbər verir ki, bu barədə mükafatın mətbuat xidmətinin məlumatında bildirilir.

Təqdimetmə mərasimi Dubay şəhərində baş tutub. "Real Madrid" ilin ən yaxşı klubu, 2016-cı ildə Avropa çempionu olan Portuqaliya futbol yığmasının baş məşqçisi Fernandu Santuş ən yaxşı məşqçi, ingilis Mark Klattenburq isə ən yaxşı hakim seçilib.

Bu mükafat 2010-cu ildə Avropa Futbol Agentləri Assosiasiyası və Avropa Klubları Assosiasiyası tərəfindən təsis edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости