"Kriştianu "Real"da xoşbəxtdir"

Day.Az представляет новость на азербайджанском языке

"Real"ın hücumçusu Kriştianu Ronaldunun Çin klublarının maraq dairəsində olmasına futbolçunun meneceri Jorje Mendeş maraqlı münasibət bildirib.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, menecer söyləyib ki, çinlilərin portuqaliyalını alması mümkün deyil.

Superliqa təmsilçilərindən birinin 300 milyon avroluq təklifini dəyərləndirən Mendeş həmin klubun Ronalduya illik 150 milyon avroluq maaş ödəməyə hazır olmasının vacibliyini vurğulayıb: "Kriştianu "Real"da xoşbəxtdir. Onun Çinə keçidi hazırda sadəcə, qeyri-mümkündür. Çin klubları indi bütün oyunçuları transfer edə bilərlər, bircə Ronaldudan başqa".
 
Qeyd edək ki, dünyanın ən bahalı transferi yayda "Yuventus"dan "Mançester Yunayted"ə 105 milyon avroya keçən Pol Poqbadır. Ən çox maaş alan futbolçu isə Çinin "Şanxay Şenxua" klubuna yenicə keçən Karlos Tevezdir. Argentinalının illik məvacibi 42 milyon avrodur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.