Səfir: "Moldova Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir"

Day.Az представляет новость на азербайджанском языке

Moldova Dağlıq Qarabağdakı hadisələrin inkişafını diqqətlə izləyir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Moldovanın Azərbaycandakı səfiri George Leuke deyib.

Səfir bildirib ki, Moldova həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib:

"Biz Azərbaycanla və digər ölkələrlə beynəlxalq təşkilatlarda münaqişələrin həlli ilə bağlı məsələlərdə bir-birimizi dəstəkləyirik".

Diplomat qeyd edib ki, bu problemin həlli ilə bağlı müxtəlif formatlar yaradılıb, onlar çalışırlar ki, bu məsələlər beynəlxalq hüquq çərçivəsində həll edilsin.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.