Məşhur model professor və döyüşçü olmaq istəyir - FOTO
Day.Az представляет новость на азербайджанском языке
"Model karyeramı davam etdirməklə yanaşı, biznesmen və alim də olmaq niyyətindəyəm. Model biznesi mənə daimi, sürəkli təsir bağışlamır".
Honkonqda yaşayan Mia Kanq hazırda modelliklə yanaşı, muay-tay döyüş növü ilə də məşğuldur.
Day.Az AsiaOne-a istinadən bildirir ki, London Universitetinin maliyyə hüququ və menecmenti fakultəsini bitirmiş 28 yaşlı Mia Kan "Sports Illustrated Swimsuit" jurnalı üçün bir neçə fotosessiyaya çəkiləndən sonra məşhurlaşmışdı.
Ötən ilin əvvəlində Nyu-Yorka yollanmış Mia orada model kimi çalışıb. Eyni zamanda o, Tailandda və Honkonqda muay-tayla da məşğul olub.
Daha doğrusu, Tailanda 10 günlük istirahətə yollanan Mia orada 6 ay qalıb.
"Tailandda muay-taya "vuruldum", məşğul olmağa başladım və 10 günlük istirahət 6 aylıq məşqlərə çevrildi. Zalda məşq etmək, fəndləri öyrənmək çox xoş idi", - Mia söyləyib.
O, indi təhsili davam etdirərək professor və elmlər doktoru titullarını almaq, habelə muay-tay üzrə peşəkar turnirlərə qatılmaq niyyətindədir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре