Çempionlar Liqası: "Qarabağ"ın rəqibi kim olacaq?

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün ilk püşkatması olacaq.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Zürih şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq mərasimdə yeni mövsümdən etibarən Avropa səhnəsində yarışacaq komandalar öz rəqiblərini tanıyacaqlar.

Qitəinin ən nüfuzlu klub turnirində ölkəmizi "Qarabağ" təmsil edəcək. Azərbaycan çempionu yarışa ikinci təsnifat mərhələsindən start verəcək. Ağdam klubu səpələnmişlər sırasında yer alacaq. 
 
Çempionumuzun mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 iştirakçı olacaq. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.
 
Səpələnmişlər sırasında yer alacaq "Qarabağ" 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək. Ermənistan klubunun yer aldığı I mərhələnin cütü isə çempionumuzla üz-üzə gələ bilməz.
 
"Zəiflər"in digər 9-u, həmçinin II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 10 komanda isə "Qarabağ"la qarşılaşa bilər.
 
Çempionlar Liqası
I təsnifat mərhələsi
 
Səpələnmişlər 
TNS (Uels) - 5,775
"Linfild" (Şimali İrlandiya) - 3,650
"Vikinqur" (Farer adaları) - 2,950
"Hibernians" (Malta) - 2,800
"Santa-Koloma" (Andorra) - 2,733
 
Səpələnməmişlər
"Alaskert" (Ermənistan) - 2,525
"La Fiorita" (San-Marino) - 1,566
"Europa" (Cəbəllütariq) - 1,500
"İnfonet" (Estoniya) - 1,300
"Trepça" (Kosova) - 1,000
 
II təsnifat mərhələsi
 
Səpələnmişlər 
"Seltik" (Şotlandiya) - 42,785
"Zalsburq" (Avstriya) - 40,570
"Kopenhagen" (Danimarka) - 37,800
"Lüdoqorets" (Bolqarıstan) - 34,175
BATE (Belarus) - 29,475
"Legiya" (Polşa) - 28,450
APOEL (Kipr) - 26,210
"Maribor" (Sloveniya) - 21,125
"Qarabağ" (Azərbaycan) - 18,050
"Malmö" (İsveç) - 16,945
"Astana" (Qazaxıstan) - 16,800
"Partizan" (Serbiya) - 16,075
"Riyeka" (Xorvatiya) - 15,550
"Rusenborq" (Norveç) - 12,665
"Şerif" (Moldova) - 11,150
"Hapoel" (Beyer Şeva, İsrail) - 10,875
"Hafnarfyordur" (İslandiya) - 6,175
 
Səpələnməmişlər
"Jilina" (Slovakiya) - 5,850
"Jalgiris" (Litva) - 5,825
"Dandalk" (İrlandiya) - 5,815
"Vardar" (Makedoniya) - 5,125
"Dudelanj" (Lüksemburq) - 4,975
"Kukesi" (Albaniya) - 4,550
"Zrinski" (Bosniya və Herseqovina) - 4,050
"Buduçnost" (Monteneqro) - 3,300
"Honved" (Macarıstan) - 2,900
"Mariehamn" (Finlandiya) - 2,030
"Spartak" (Latviya) - 1,975
"Samtredia" (Gürcüstan) - 1,525
I təsnifat mərhələsinin 5 qalibi
 
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları 27-28 iyun, cavab matçları isə 4-5 iyul tarixlərində baş tutacaq. II təsnifat mərhələsinin matçları isə 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.