"Kara Sevda" adı kimi "qara" bitdi - Uydurma mina səhnəsi

Day.Az представляет новость на азербайджанском языке

Ötən gün Türkiyənin reytinqli seriallarından biri olan "Kara Sevda" bitib.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, 2 mövsümdür ki, davam edən ekran işi 74-cü seriyası ilə final edib.

Serial adı kimi qara bitib. Belə ki, ekran işində Kemal və Emir obrazı ssenariyə əsasən, minaya düşərək ölüblər. 

Serialın faciəvi sonluqla bitməsi və sevgi kinosunda minalardan istifadə olunması Tvitter-də ciddi şəkildə qınanılıb. Sosial şəbəkə istifadəçiləri ssenaristi manyak olmaqda günahlandırıblar.

Seriala "Belə də final olar?" "Eşq kinosu nədir, mina nədir?" "Belə sonluq gözləmirdim", "Adı "Kara Sevda" idi nə gözləyirdiniz?" "Final seriyasında uydurma səhnələr və səhvlər çox idi" kimi şərhlər yazılıb.

Serialda Neslihan Atagülün aktrisalıq qabiliyyəti bəyənilib.

Qeyd edək ki, serialın baş rollarına Burak Özçivit, Neslihan Atagül və Kaan Urganıcoğlu çəkilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: