Qurban Qurbanov: "Şansımız var"

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Çempionlar Liqasının pley-of mərhələsinin püşkü atılıb.

Turnirdə Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" qrup mərhələsinə vəsiqə qazanmaq üçün "Kobenhavn" klubunu mübarizədən kənarlaşdırmalıdır. 

Day.Az goal.az-a istinadən xəbər verir ki, Qurban Qurbanov püşkü belə dəyərləndirib: "5 potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik, bu baxımdan "Kobenhavn" də istisna deyildi. Rəqibimizin gücü bəllidir, vaxtımız azdır, istənilən halda şansımız var və şansımızdan istifadə etməyə çalışacağıq. Buna baxmayaraq, rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.