https://news.day.az/azerinews/936236.html AVRO-2020: Püşkatmanın vaxtı və yeri dəqiqləşdi Day.Az представляет новость на азербайджанском языке AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi yer və vaxt açıqlanıb. Day.Az apasport.az-a istinadən xəbər verir ki, ilk dəfə bütün Avropa yığmalarının qatılacağı mərhələnin püşkü İrlandiyanın paytaxtı Dublində atılacaq.

AVRO-2020: Püşkatmanın vaxtı və yeri dəqiqləşdi

Azərbaycanca, 28 сентября 2017 14:41 (UTC +04:00) 913
AVRO-2020: Püşkatmanın vaxtı və yeri dəqiqləşdi

Day.Az представляет новость на азербайджанском языке

AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi yer və vaxt açıqlanıb.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, ilk dəfə bütün Avropa yığmalarının qatılacağı mərhələnin püşkü İrlandiyanın paytaxtı Dublində atılacaq.

Final mərhələsi 13 şəhərdə, o cümlədən Bakıda keçiriləcək yarışın bütün iştirakçıları mübarizəyə seçmə oyunlarından qatılacaq. Bu üzdən Azərbaycan da daxil olmaqla, 55 milli komanda İrlandiyada püşkü gözləyəcək.

Tədbir 2018-ci il dekabrın 2-də təşkil olunacaq. Həmin gün 55 komanda 10 qrupa bölünəcək. Beş qrupda 6, beş qrupda isə 5 komanda yer alacaq. Azərbaycan yığması da rəqiblərini dekabrın 2-də tanıyacaq.
 
Qeyd edək ki, seçmə mərhələnin oyunları 2019-cu il martından noyabrınadək keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости