https://news.day.az/azerinews/957490.html Məşhur telekanalın müxbirindən Qurban Qurbanova hörmətsizlik

Məşhur telekanalın müxbirindən Qurban Qurbanova hörmətsizlik

Azərbaycanca, 6 декабря 2017 10:58 (UTC +04:00) 1 718
Məşhur telekanalın müxbirindən Qurban Qurbanova hörmətsizlik

Day.Az представляет новость на азербайджанском языке

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda keçirilən "Roma" - "Qarabağ" (1:0) matçından sonra Qurban Qurbanovun iştirakı ilə təşkil olunan mətbuat konfransında xoşagəlməz anlar yaşanıb.

Day.Az Yenicag.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi oyunla bağlı fikirlərini bildirən zaman "Sky Sport"un müxbiri konfransı kəsib, canlı yayıma bağlanıb. Qurbanov da bu məqamda çıxışını dayandıraraq müxbirin canlı yayımını bitirməsini gözləyib. O, bunun üçün təxminən 45 saniyə gözləməli olub. Bu məqamda baş məşqçi müxbirə ona mane olduğuna dair iradını da bildirib.

Məsələ ilə bağlı azərbaycanlı jurnalistlər "Roma"nın baş məşqçisi Eusebio Di Françeskoya "eyni situasiya ilə siz qarşılaşsaydınız, buna münasibətiniz necə olardı?" sualını verib. O isə belə suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости