Afrinin “milli ordu”su yaradıldı

Day.Az представляет новость на азербайджанском языке

Suriyanın Afrin rayonunun terrorçulardan azad edilməsindən sonra Azad Suriya Ordusuna daxil olan müxtəlif qruplar "milli ordu"nun tərkibində birləşib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hazırda bölgədə təhlükəsizliyi daha əvvəl Türkiyə tərəfindən yaradılmış yerli polis təmin edir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.