Aprel döyüşlərindən bəhs edən romanın təqdimatı olacaq

Day.Az представляет новость на азербайджанском языке

Aprelin 8-i saat 15:00-da Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasında yazıçı Məhbubə Hacıyevanın "Taclı Bəyim" və "9 Sevdalı" romanlarının imza günü keçiriləcək.

Day.Az xəbər verir ki, "Taclı Bəyim" romanı Səfəvilər dövlətinin yarandığı dövrdən və Şah İsmayıl Xətainin ömür-gün yoldaşı Taclı Bəyimin həyatından bəhs edir. Əsər mənbələrə istinadən, o dövrün qaranlıq məqamlarına - Şah İsmayıl və Osmanlı sultanı Yavuz Səlim qarşıdurması, Çaldıran döyüşü və başqa məsələlərə aydınlıq gətirir.

"9 Sevdalı" adlı ikinci kitab isə 2016-cı ilin aprel döyüşlərində Xüsusi Təyinatlı Qüvvələrimizin Qarabağda işğalçı erməni ordusuna qarşı göstərdikləri şücaətdən bəhs edir.

Kitabların təqdimatı "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyinin ofisində, İstiqlaliyyət prospekti 57 ünvanında ("İçərişəhər" metro stansiyasının yaxınlığı, Azərbaycan Dövlət İqtisad Universiteti ilə üzbəüz "Ağ çiçəyim"in üst mərtəbəsi) baş tutacaq. Giriş sərbəstdir.

Qeyd edək ki, M.Hacıyeva "Fələklər yandı ahimdən", "Məhəmməd bəy Kavaler", "Qızılgül ətri" və "Səadət"dən qopan qorxu" kitablarının müəllifidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.