Yeni "Wi-Fİ" gəlir

Day.Az представляет новость на азербайджанском языке:

"Wi-Fi Alliance" Beynəlxalq Qeyri-kommersiya Assosiasiyası "Wi-Fi Aware" texnologiyası ilə təchiz edilən qurğuların sertifikasiyalaşdırılmasına başlanmasını bəyan edib.

İKT.lent.az-ın "Lenta"ya istinadən xəbərinə görə, bu barədə təşkilatın rəsmi saytında deyilir.
 

"Wi-Fi Aware" vasitəsilə qurğular internet bağlantısı qurulmamışdan əvvəl informasiya mübadiləsi edə biləcək. Mütəxəssislərin sözlərinə görə, texnologiya enerjidən az istifadə etməsi ilə seçilir.
 

İstifadəçilər müvafiq əlavəni quraşdırmaqla onlara hansı məlumatları almağın lazım olmasını həll edə biləcəklər. Məsələn, onlar yaxınlıqda yerləşən mağazada qurğu sahibini maraqlandıran malların satışa çıxarılması və ya endirimlər mövsümünə başlanması barədə bildirişlər ala biləcəklər. Oxşar məqsədlər üçün "Apple" qurğuları üçün hazırlanan "iBeacon" texnologiyası çıxış edə bilər.
  

Məlumatda "Wi-Fi Aware" ilə uyğunluq təşkil edən mobil qurğular üçün mikrosxemin adı da açıqlanıb. Bunlar "Broadcom BCM4358", "Intel Dual Band Wireless-AC 7260", "Marvell Avastar 88W8897" və "Realtek RTL8812AE" mikrosxemləridir.

"Wi-Fi Alliance" Assosiasiyası iri kompüter texnikası və "Wi-Fi" simsiz qurğular istehsalçılarını birləşdirir.