4.5G hansı telefonlarda işləyəcək?

Day.Az представляет новость на азербайджанском языке


Bir azdan internetdə 3G və 4G sürətləri geridə qalacaq. Belə ki, yaxın aylarda yeni nəsil - 4,5 G texnologiyalarının istifadəsinə start veriləcək.

Modern.az xəbər verir ki, artıq 4,5 G texnologiyası hazırlanıb və sınaqlardan keçərək effektivliyi təsdiqlənib. Gələn ilin aprelindən etibarən bu texnologiyanın tətbiqinə başlanılacağı gözlənilir. Əgər mobil cihazlarda 4.5G-nin verdiyi imkanlardan yararlanmaq istəyiriksə, onda cihazın modeminin 4G / LTE dəstəkləməsi vacibdir.

Lakin burada xırda bir məqam var. 4G / LTE texnologiyasını dəstəkləyən cihazların modemlərində Cat 4, Cat 6, Cat 9 və Cat 10 kimi kateqoriyaları olur.

Beləliklə, əgər sizin operatorunuz 375, 400 hətta 450 Mbps səviyyəsində sürəti təmin edirsə, onda Cat 4 sinfinə aid smart telefonla 4,5 G-dən yararlanmaq mümkün olmayacaq. Çünki Cat 4 dəstəkləyən cihazlar yalnız 150 Mbps sürətə uyğunlaşa bilir. Bunun üçün ən azından Cat 6 kateqoriyalı cihazlara ehtiyac var.