"Qaynana" və "Aramızda qalsın" Novruza hazırlaşır - FOTO

Day.Az представляет новость на азербайджанском языке.
Adını çəkdiyimiz hər 2 serialın aktyorlarının iştirakı ilə Novruz bayramına aid "Arşın mal satan" adlı 2 hissəli komediya filmi çəkilir. Bu haqda adı çəkilən filmin rejissoru Rüfət Şahbazov Milli.Az-a danışıb.
"Biz qərara gəldik ki, hər 2 serialın texniki heyətinin və aktyorlarının iştirakı ilə Novruz bayramına aid bir film çəkək. "Arşın mal alan" filminin motivləri əsasında "Arşın mal satan" adlı 2 hissəli komediya filmi çəkməyə qərar verdik. Rolları 2 serialın əsas aktyor və aktrisaları arasında bölüşdürdük. Belə ki, Soltan bəyi (Əjdər) Əzizağa Əzizov, Cahan xalanı (Dilbər) Səidə Quliyeva, Soltan bəyin bacısını (Afət) Sənubər İskəndərli, Əsgər bəyi (Potu) - Kənan Yusifov, Gülçöhrə obrazını (Rəna) - Asya Atakişiyeva, Asya Obrazını "Aramızda qalsın" serialından aktrisa (Sevinc) - Aysel İbrahimova, Süleymanı (Ələmdar) Nofəl Quliyev, Nökər Vəlini (Böyükkişi) Natiq Fərzəliyev, Telli obrazını isə (Şəfiqə) Xuraman Əlizadə oynayır. Bu film tamaşaçılara Xəzər TV "seriallar departamenti"nin bir bayram töhfəsidir. İstər geyimlərdə, istərsə də dekorasiyalarda ötən əsrin əvvəllərinin ab-havası hiss olunur.
Qeyd edək ki, bu ortaq bölüm həm də hər iki serialın birlikdə efirə gedəcəyi 300-cü seriyası olacaq. ("Qaynana" - 128, "Aramızda qalsın" - 172). Filmi Novruz bayramı ərəfəsində tamaşaçılara təqdim etməyi planlaşdırırq", - deyə rejissor bildirib.
Böyütmək üçün şəkillərə klikləyin.
Фото: Milli.az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре