Fədayə Laçın: "Rəfiqəm yoxdur. Kişilərlə dostluq edirəm"

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Fədayə Laçın həyatda rəfiqəsi olmadığını etiraf edib.

Axşam.az xəbər verir ki, sənətçi "Hər şey daxil" verilişində kişilərlə dostluq etdiyini bildirib:

"Heç kimin arxasınca pis danışan deyiləm. Ona görə də qalmaqal yaşamamışam. Şəxsi həyatıma gəldikdə isə... Mənim rəfiqəm yoxdur. Qadının rəfiqəsi, sirrini bölüşəcəyi adam anası, bacısı və övladıdır.  Bilirsən ki, söz evdən çıxmayacaq. Amma kişi dostlarım var. Hamı da bilir ki, dostluq etdiyim adam çoxdur. Bilirəm ki, yanında nəsə danışsam, kənarda xəbərləməyəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.