Bakı çimərliklərində pulsuz Wi-Fi olacaq – AÇIQLAMA

Day.Az представляет новость на азербайджанском языке:

"Çimərliklərdə pulsuz wi-fi quraşdırılması məsələsinə baxılacaq".

Bu fikirləri AzNews.az-a açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib. Onun sözlərinə görə, özəl çimərliklərdə hazırda wi-fi sistemi var: "Bizim işimiz çimərliklərdə internetin olması üçün şərait yaratmaq, texniki imkanlar qurmaqdır. Amma özəl çimərliklərdə interneti müştəriyə pulsuz və ya pullu vermək artıq sahibkarın öz səlahiyyətində olan məsələdir".

M.Əmirov dövlət çimərliklərində pulsuz wi-fi quraşdırılması ilə bağlı məsələyə baxılacağını bildirib: "Bununla bağlı konkret layihə yoxdur, amma biz çimərliyə istirahət etməyə gedənlərin pulsuz wi-fi ilə təmin olunmasını istəyərik. Ona görə də bu məsələyə baxılacaq".