https://news.day.az/society/591378.html Bakı-Sumqayıt sürət qatarının yeni qiyməti - VİDEO

Bakı-Sumqayıt sürət qatarının yeni qiyməti - VİDEO

Общество, 25 июня 2015 10:24 (UTC +04:00) 5 049
Bakı-Sumqayıt sürət qatarının yeni qiyməti - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

İlin sonuna kimi vağzal tanınmaz vəziyyətdə olacaq.
 

Bakı sərnişin vağzalı çox qısa müddət ərzində dünya standartları səviyyəsinə gətiriləcək. Burada müasir standartlara cavab verən kassaların, iaşə obyektlərinin inşası planlaşdırılır. Eyni zamanda vağzalda "Wi-Fi" sistemi də istifadəyə veriləcək. Yəni sərnişinlərin rahatlığı üçün lazım olan bütün şərait yaradılacaq. "Azərbaycan Dəmir Yolları" Qapali Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov vağzalın yenidən qurulmasi layihəsinin detallarını açıqlayıb.

Vağzalda iki yeraltı tunel də inşa olunur. Onlar vasitəsilə qatardan düşən sərniçinlər birbaşa "28 May" metro stansiyasına çıxış əldə edə biləcəklər. Bu da həm rahatlıq, həm də vaxta qənaət deməkdir.
 

Nadir Əzməmmədov Bakı - Sumqayıt sürət qatarının gediş haqqları ilə bağlı da yeni məlumat verib. Bildirib ki, təmsil etdiyi qurum, hazırda 30 qəpik civarında olan bu marşrutun gediş haqqının artırılması, təxminən 70 qəpiyə çatdırılması ilə bağlı müraciət hazırlayaraq, tarif şurasına təqdim etməyi planlaşdırır.

/Avtosfer.az/

Videonu izləmək üçün klikləyin:

фото
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости