"Nissan Murano" yoldan çıxıb yandı - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке:

----------
14:34

Fövqəladə Hallar Nazirliyi Göyçay rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, rayonun Mirzəhüseynli kəndində (rayon mərkəzindən 7 km aralı) mərkəzində vətəndaşa məxsus "NİSSAN" markalı minik avtomobilinin arxa və salon hissəsi yanıb. Avtomobilin qabaq və mühərrik hissəsi yanğından mühafizə olunub.
 

Yanğın saat 10:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb


----------
12:20

Göyçay rayonunda minik avtomobili yanaraq yararsız hala düşüb.
 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 10:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 228-ci kilometrliyində, Göyçayın Mirzəhüseynli kəndi ərazisində qeydə alınıb.
 

Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Yusifov Üzeyir Milan oğlunun idarə etdiyi 90-CS-838 dövlət nömrə nişanlı, "Nissan Murano" markalı minik avtomobili yoldan çıxaraq kənardakı dəmir məhəccərə çırpılıb. 

Mühərrikdə qəflətən başlayan yanğın qısa vaxtda bütün avtomobili əhatə edib.
 

Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı xəsarət almasa da, avtomobil tamamilə yararsız hala düşüb.
 

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
 

Faktla bağlı araşdırma aparılır.